“Sumqayıt” inamlı qələbə ilə 3-cü pilləyə yüksəlib

"Sumqayıt" "Qəbələ"ni udub 3-cü pilləyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun növbəti görüşü “Sumqayıt” və “Qəbələ” komandaları arasında keçirilib.

“Report”un məlumatına görə, “Kapital Bank Arena”da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.

Qonaq komanda 38-ci dəqiqədə aparıcı futbolçusu Asif Məmmədovu zədə üzündən itirdikdən sonra çətinliklə üzləşib. “Sumqayıt”ın ardıcıl hücumları ikinci hissədə bəhrəsini verib. 66-cı dəqiqədə Rəhim Sadıxov uzaqdan zərbə ilə gözəl qola imza atıb. 75-ci dəqiqədə isə Əli Qurbani fərqlənərək çempionatda 7-ci topunu vurub.

Beləliklə, “Sumqayıt” inamlı qələbə ilə xallarını 32-yə çatdırıb və 3-cü pilləyə yüksəlib. 24 xala malik “Qəbələ” isə 5-ci pillədə qalıb.

Qeyd edək ki, XXIII turun açılış oyununda lider “Qarabağ” səfərdə “Səbail”i yenə bilməyib – 1:1. Tura aprelin 17-də keçiriləcək “Keşlə” – “Sabah” və “Neftçi” – “Zirə” görüşləri ilə yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir