Avropa çempionatı: Qadın güləşi üzrə millimizin heyəti müəyyənləşib

Qadın güləşi üzrə Azərbaycan milli komandasının Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Federasiyanın Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 18-də baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında 5 xanım pəhləvan səfərə çıxacaq. Azərbaycanı

  • Mariya Stadnik (50 kq),
  • Tatyana Varansova (53 kq),
  • İrina Netreba (65 kq),
  • Elis Manolova (68 kq) və
  • Səbirə Əliyeva (76 kq) təmsil edəcək.

Yarışın proqramına əsasən, aprelin 20-də qadın güləşində bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək.

Növbəti gün Stadnik, Manolova və Əliyeva, aprelin 22-də Varansova ilə Netreba mübarizəyə start verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir