COVİD-19: Azərbaycanda son epidemioloji tablo

OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2148 yeni yoluxma faktı qeydə alınıb, 2287 nəfər müalicə olunaraq sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər çox təəssüf ki, vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 298 min 522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Yoluxanlardan 262 min 480 nəfər müalicə olunaraq sağalıb, 4107 nəfər vəfat edib. Aktiv xəstə sayı 31 min 935 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 583, ötən müddət ərzində isə ümumilikdə 3 milyon 096 min 740 test aparılıb.

Azərbaycanda bir gündə 2287 nəfər COVID-19-dan sağalıb, 2148 nəfər yoluxub, 30 nəfər vəfat edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir