DST rəhbəri peyvəndlərin bərabər paylanmasını təmin edə bilmədiyini etiraf edib

ÜST rəhbəri peyvəndlərin bərabər paylanmasını təmin edə bilmədiyini etiraf etdi

Dünyada yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlərin bərabər paylanmasında ciddi problemlər mövcuddur. Mövcud 832 milyon peyvəndin 82 faizindən çoxu yüksək və orta gəlirli ölkələrin, yalnız 2 faizi az gəlirli ölkələrin payına düşür”.

“Report” xəbər verir ki, bunu Dünya Səhiyyə Təşkilatının (DST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Peyvəndlərin bərabər paylanması dövrümüzün problemidir. Və biz məğlub oluruq. COVAX platforması çərçivəsində peyvənd almağı gözləyən dövlətlər heç nə almayıblar”, – deyə DST rəhbəri bildirib.

Onun sözlərinə görə, bu günə qədər COVAX vasitəsilə müxtəlif ölkələrə 100 milyondan çox doza vaksinin çatdırılması təxmin edilirdi, amma əslində bu günə qədər yalnız 40 milyon doza vaksin paylanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir