Londonun “Çelsi” komandası İngiltərə Kubokunun 1/2 final matçında “Mançester Siti”yə qalib gəlib.
“Report” xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilən görüş 1:0 hesabı ilə sona çatıb.
Matçda yeganə qolu Hakim Zieş vurub.
Həlledici matçda Tomas Tuxelin rəhbərlik etdiyi komanda “Lester” – “Sautqempton” qarşılaşmasının qalibi ilə oynayacaq.
“Çelsi” İngiltərə çempionatının yarış cədvəlində 54 xalla beşinci yerdə qərarlaşıb. Komanda İngiltərə Premyer Liqasının növbəti turunda “Brayton”la üz-üzə gələcək. Görüş aprelin 20-də olacaq.
“Mançester Siti” 74 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlində birinci yerdədir. Xosep Qvardiolanın yetirmələri növbəti matçda “Aston Villa” ilə qarşılaşacaqlar. Oyun aprelin 21-də keçiriləcək.