“Keşlə”-“Sabah” oyununda qalib müəyyənləşməyib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun növbəti görüşü “Keşlə”“Sabah” komandaları arasında olub.

“Report”un məlumatına görə, “ASK Arena”da keçirilmiş oyun qolsuz yekunlaşıb.

Bu nəticədən sonra “Sabah” 21 xalla 7-ci, “Keşlə” 20 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, turun ilk oyun gününün “Səbail”-“Qarabağ” matçında qalib müəyyənləşməyib – 1:1. “Sumqayıt” isə “Qəbələ”ni 2:0 hesabı ilə yenib. Tura saat 20:15-də başlanacaq “Neftçi” – “Zirə” oyunu ilə yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir