Neymar PSJ ilə müqaviləsini yeniləyib

Neymar PSJ-də qalır, ildə 30 milyon avro alacaq

Neymar

Fransa PSJ-sinin futbolçusu Neymar klubla müqaviləsinin uzatmağa razı olub.

“Report”un məlumatına görə, bu barədə Nikola Skira özünün tvitter səhifəsində yazıb.

Bununla da Neymar klubda 2026-ci ilə qədər qalacaq. Yeni müqaviləyə əsasən, PSJ braziliyalı futbolçuya ildə 30 milyon avro ödəyəcək. Rəsmi məlumat yaxın müddətdə açıqlanacaq.

Xatırladaq ki, bundan əvvəl 29 yaşlı hücumçu sözləşməsinin yenilənməsinin artıq problem olmadığını bildirib.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya “Barselona”sından keçib. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında sona çatacaq.

Bu mövsüm Neymar 22 dəfə yaşıl meydana çıxıb, 13 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir