Rusiya turizm operatorları 5 milyard rubl itiriblər

Türkiyə ilə aviasiya əlaqəsinin məhdudlaşması nəticəsində Rusiya turizm operatorları azı 5 milyard rubl (120 milyon manatdan çox) vəsait itiriblər.

Bu barədə jurnalistlərə Rusiya Turizm Sənayesi İttifaqının vitse-prezidenti Yuri Barzıkin məlumat verib. O əlavə edib ki, hələ İstanbuldan keçərək digər ölkələrə uçan tranzit sərnişinlərlə bağlı rəqəmlər bu statistikaya daxil deyil.

Y.Barzıkin ümidvar olduğunu bildirib ki, bu itkiləri iyunun 1-dən aviauçuşların bərpasından sonra kompensasiya etmək mümkün olacaq.

Xatırladaq ki, Rusiya ilə Türkiyə arasında aviasiya əlaqəsi epidemioloji vəziyyətlə bağlı aprelin 15-dən iyunun 1-dək məhdudlaşdırılıb.

Mənbə: AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir