Bakıda avtobusların hərəkətində gecikmə var

Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkətində gecikmə var

Bakının Nəsimi rayonunun 28 May və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində yeraltı qaz xəttində təmir işləri aparılır.

Bu barədə Bakı Nəqliyyat Agentliyi  xəbər verib.

Məlumata görə, bu səbəbdən  hazırda Yusif Səfərov küçəsi ilə kəsişmədən qazıntı işləri aparılan hissəyədək nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Sıxlıqla əlaqədar bu hissədən keçən müntəzəm və ekspres olmaqla ümumilikdə 11 marşrut xətti üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir