Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 809 mindən çox artıb.
Bu barədə Dünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Məlumata əsasən, ötən sutka ərzində daha 809 min 004 nəfər koronavirusa yoluxub, 11 min 481 nəfər bu xəstəlikdən dünyasını dəyişib.
Yoluxanların ümumi sayı 140 milyon 322 mn 903, ölənlər isə 3 milyon 3 min 794 nəfərə çatıb.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının hesabatı yalnız dövlətlərin təqdimm etdiyi rəsmi statistka əsasında hazırlanır.