Azərbaycanın Qarabağ bölgəsində olan Rusiya sülhməramlıları İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 76-cı ildönümünü qeyd etməyə hazırlaşırlar.
Rusiya Müdafiə Nazirliyinin (MN) məlumatına görə, rus sülhməramlıları Xocalı hava limanında 9 May paradının ilk məşqlərini keçiriblər.
Qurum parad məşqlərinə təxminən 400 rus hərbçisinin cəlb olunduğunu bildirib.
Rusiya MN açıqlayıb ki, təntənəli yürüşdə hər birində 45-ə qədər hərbçinin olduğu 10-a qədər dəstə iştirak edəcək.
Mənbə: BBC