AVRO-2020: UEFA İngiltərəyə daha çox oyun verəcək

AVRO-2020: UEFA İngiltərəyə daha çox oyun verəcək

İngiltərə futbol üzrə Avropa çempionatının daha çox oyununa ev sahibliyi edəcək.

“Report” “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, hansısa şəhərlərdə baş tutmayan AVRO-2020 matçları bu ölkəyə veriləcək.

UEFA İngiltərə Futbol Assosiasiyası Avropa Super Liqasına qarşı mübarizədə aparıcı rol oynadığı üçün bu addımı atacaq.

İspaniyanın Bilbao şəhərinin AVRP-2020-yə ev sahibliyi etməyəcəyi dəqiqləşib. Qitə çempionatı Şotlandiyanın Dublin və Almaniyanın Menhen şəhərlərindən də alına bilər.

Qeyd edək ki, Avropa çempionatı bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Londondakı “Uembli” stadionu D qrupunun oyunları ilə yanaşı, 1/8 final oyunu, yarımfinal qarşılaşmaları və iyulun 11-də final matçına ev sahibliyi etməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir