Avropa Klubları Assosiasiyasına yeni rəhbər seçilib

Avropa Klubları Assosiasiyasına yeni rəhbər seçildi

Nasser Əl-Xəlafi

Fransa PSJ-sinin prezidenti Nasser Əl-Xəlafi Avropa Klubları Assosiasiyasının (ECA) rəhbəri seçilib.

Bu barədə “Report” qurumun mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunub ki, Nasser Əl-Xəlafi bu vəzifədə Avropa Super Liqası ilə bağlı istefa vermiş “Yuventus” futbol klubunun prezidenti Andrea Anyellini əvəzləyib.

Xatırladaq ki, 47 yaşlı Nasser Əl-Xəlafi PSJ-nin 2011-ci ildən rəhbəri olmaqla yanaşı, UEFA direktorlar şurasının üzvüdür. O, “beIN Media Group”un baş icraçı direktorudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir