COVİD-19: Azərbaycanda son epidemioloji status

OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 047 yeni yoluxma faktı qeydə alınıb, 2 610 nəfər müalicə olunaraq sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər çox təəssüf ki, vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 307 min 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Yoluxanlardan 272 min 575 nəfər müalicə olunaraq sağalıb, 4 274 nəfər vəfat edib. Aktiv xəstə sayı 31 min 131 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 542, ötən müddət ərzində isə ümumilikdə 3 milyon 153 min 877 test aparılıb.

Azərbaycanda daha 2610 nəfər COVID-19-dan sağalıb, 39 nəfər vəfat edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir