Son 24 saatda Türkiyədə aparılan 312.109 test müayinəsi nəticəsində 54 min 791 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 3128-i aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 354 nəfər vəfat edib. 65 min 593 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 3463 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 2,9%-dir.
Ölkədə indiyədək ümumilikdə 4 milyon 501 min 382 yoluxma, 37 min 329 insan itkisi və 3 milyon 909 min 935 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 45.040.704 COVID-19 test müayinəsi aparılıb.