İqtisadiyyat Nazirliyinin “Telegram” kanalı fəaliyyətə başlayıb

Sosial şəbəkələr vasitəsilə kommunikasiyaya xüsusi önəm verən İqtisadiyyat Nazirliyi bu amalla “Telegram” kanalı yaradıb (@economy_az).

“Azərbaycan iqtisadiyyatı” adlı kanalda İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların fəaliyyəti, ölkə iqtisadiyyatına dair məlumatlar paylaşılır, eləcə də region və dünya iqtisadiyyatında baş verən yeniliklər işıqlandırılır. Kanalda infoqrafika və videomateriallar da yerləşdirilir.

Qeyd edək ki, “Telegram” kanalının rus və ingilis versiyalarının açılması da nəzərdə tutulur.

@economy_az kanalına abunə olmaq üçün “Telegram” tətbiqini yükləmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir