Avropa məhkəməsinin qəbul etdiyi qərarla Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin qızı Aişənin adı Avropa İttifaqının “qara siyahı”sından çıxarılıb.
“Report”un məlumatına görə, bu barədə Liviyanın “Al Wasat” xəbər portalı xəbər verib.
Avropa məhkəməsi hesab edir ki, Aişə artıq beynəlxalq sülh və bölgədəki təhlükəsizlik üçün təhdid yaratmır. Qeyd olunub ki, o, uzun müddət Liviyada yaşamadığı üçün ölkənin siyasi proseslərində iştirak etməyib.
44 yaşlı Aişə Qəddafi hazırda Omanda yaşayır. Onun adı Aİ-nin “qara siyahı”sına 2011-ci ildə salınıb.