Ukrayna XİN səfirin Kiyevə qayıtması barədə açıqlama verib

Gürcüstanın Ukraynadakı səfiri Kiyevə dönüb

Teymuraz Şaraşenidze

Ötən ilin mayında Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin Ukraynanın islahatlar üzrə icraiyyə komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar geri çağırılmış gürcüstanlı səfir Teymuraz Şaraşenidze Kiyevə qayıdıb.

Ukrayna xarici işlər nazirliyi bu gün rəsmi saytında məlumat yayıb.

Bu, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Gürcüstan Prezidenti Salome Zurabişvili arasında 2021-ci il 15 aprel tarixli telefon danışığı zamanı əldə edilmiş razılaşmaların nəticəsində baş verib”, – məlumatda deyilir.

Xarici işlər nazirliyi T.Şaraşenidzenin dünən artıq Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnar ilə görüşdüyünü də bildirib.

Mənbə: Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir