AVRO-2020: Sevilya Bilbaonu, Sankt-Peterburq Dublini əvəz edəcək

AVRO-2020: Sevilya Bilbaonu əvəzlədi, Dublindəki oyunlar Sankt-Peterburqda - RƏSMİ

UEFA-nın Avropa çempionatı oyunlarının keçiriləcəyi iki şəhərlə bağlı qərarı bəlli olub.

“Report” xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının rəhbəri Zbignev Bonek rəsmi tvitter hesabında bildirib.

O, İspaniyanın Sevilya şəhərinin Bilbaonun yerinə matçlara ev sahibliyi edəcəyini yazıb. Şotlandiyanın paytaxtı Dublində keçirilməli olan qarşılaşmalar Rusiyanın Sankt-Peterburq şəhərinə həvalə olunub.

Dublin və Bilbao Polşa yığmasının yer aldığı E qrupunun oyunları ilə yanaşı, 1/8 final mərhələsinin matçlarına da ev sahibliyi etməlidir.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir