Eldəniz Əzizli
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
55 kq-da çıxış edən Avropa və dünya çempionu finala gedən yolda Rusiya təmsilçisi Emin Seferşayevlə üz-üzə gəlib.
- Rəqibini 4:5 hesabı ilə məğlub edən E.Əzizli finala vəsiqə qazana bilməyib. O, sabah bürünc medal uğrunda güləşəcək.
63 kq çəki dərəcəsində mübarizə aparan Taleh Məmmədov isə yarımfinalda latviyalı Aleksandrs Yurkyansa 7:1 hesabı ilə qalib gələrək karyerasında ilk dəfə Avropa çempionatının finalına adlayıb.
- Onun qızıl medal qarşılaşmasındakı rəqibi Rusiya təmsilçisi Cambolat Lokyayev olacaq.
77 kq-da çıxış edən Sənan Süleymanovun 1/4 finalda uduzduğu türkiyəli Yunus Emre Başar finala yüksəldiyindən son Avropa çempionu təsəlliverici görüşdə Ermənistan güləşçisi Varujan Qriqoryanla qüvvəsini sınayacaq.
♦ ♦ ♦
16:36
Azərbaycanın 2 yunan-Roma güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
55 kq çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionu Eldəniz Əzizli ardıcıl olaraq Nedyalko Petrov (Bolqarıstan) və Nuqzari Tsurtsumianı (Gürcüstan) məğlub edib.
- O, finala gedən yolda Emin Seferşayevlə (Rusiya) görüşəcək.
63 kq-dakı Taleh Məmmədov Nikolay Viçev (Bolqarıstan) və Qraçya Poqosyana (Ermənistan) qalib gəlib.
- Onun yarımfinaldakı rəqibi Aleksandrs Yurkyans (Latviya) olacaq.
Son Avropa çempionu Sənan Süleymanov (77 kq) isə Harri Latvalı (Finlandiya) büdrətsə də, Yunus Emre Başarı (Türkiyə) yenə bilməyib.
Qeyd edək ki, bu gün eyni zamanda qadın güləşində medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Tatyana Varansova (53 kq) bürünc medal uğrunda görüşdə Yuliya Leorda (Moldova) ilə, İrina Netreba (65 kq) Krişta İnçe (Rumıniya) / Lyubov Ovçarova (Rusiya) cütünün qalibi ilə ilə güləşəcək.
Yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.
Mənbə: Report