Son 24 saatda Türkiyədə aparılan 302.091 test müayinəsi nəticəsində 49 min 438 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 3089-u aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 343 nəfər vəfat edib. 60 min 176 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 3475 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 2,9%-dir.
Ölkədə indiyədək ümumilikdə 4 milyon 550 min 820 yoluxma, 37 min 672 insan itkisi və 3 milyon 970 min 111 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 45.342.795 COVID-19 test müayinəsi aparılıb.