FEI: Amerikalı idmançı at yarışlarında iştirakdan məhrum edilib

Beynəlxalq Atçılıq Federasiyasının (FEI) məhkəməsi amerikalı Endrü Koçeri (Andrew Kocher) yarışlarda istifadə etdiyi atlarla qəddar davrandığına görə, 10 il müddətinə diskvalifikasiya etmək qərarına gəlib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Diskvalifikasiya müddəti 2020-ci ilin oktyabrından 28-dən hesablanacaq.

Beynəlxalq Atçılıq Federasiyası idmançının 2020-ci ilin iyun ayında beynəlxalq və milli yarışlarda, həmçinin məşq zamanı bir neçə atın üzərində elektrik cərəyanından istifadə etməsi iddiaları ilə bağlı istintaq başladıb.

Fotoşəkilləri əsas götürən məhkəmə amerikalının 2018-ci ilin iyunundan 2019-cu ilin noyabrınadək elektrik cərəyanından istifadə edərək iştirak etdiyi 8 turnirdəki nəticələrini də ləğv edib. E.Koçerin hər hansı bir idman yarışına idmançı, hətta tamaşaçı kimi qatılması belə qadağan edilib.

Kocher has been compromised again - Horse International

Mənbə: AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir