Liviya sahillərində azı 100 miqrant sulara qərq olub

Aralıq dənizinin Liviya sahillərində qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində azı 100 nəfər boğularaq həlak olub.

“Ocean Viking” axtarış-xilasetmə qrupunun rəhbəri Luiza Albera yardım gəmisinin Tripoli yaxınlığında fəlakət yerinə çatdığını bildirib. Onun sözlərinə görə, rezin qayıqda Afrikanın müxtəlif ölkələrindən Avropaya gedən 130-dan çox miqrant olub. Albera qeyd edib ki, “My Rose” adlı ticarət gəmisi və “Frontex” təyyarəsi dənizdə çoxlu sayda insan cəsədləri aşkar edib.

Bu məlumatdan sonra Beynəlxalq Miqrasiya Təşkilatının rəhbəri Yuginyo Ambrosi dənizdən 100 insan cəsədinin çıxarıldığını, qalan miqrantların axtarışının davam etdiyini deyib.

Mənbə: AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir