“Milan” Zlatan İbrahimoviçlə müqavilənin müddətini uzadıb

"Milan" Zlatan İbrahimoviçlə müqavilənin müddətini uzatdı

Zlatan İbrahimoviç

İtaliyanın “Milan” klubu futbolçusu Zlatan İbrahimoviçlə müqavilənin müddətini uzadıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni sövdələşmə 2022-il ilədək nəzərdə tutulub.

Daha əvvəl 40 yaşlı hücumçunun mövsümlük əmək haqqının 7 milyon avro olacağına dair məlumatlar yayılıb. İsveçli forvardın anlaşmasında bonuslar da nəzərdə tutulub.

Qeyd edək ki, Zlatan İbrahimoviç “Milan”a 2020-ci ilin yanvarında ABŞ-ın “Los Angeles Qelaksi” klubundan keçib. O, 2010 – 2020-ci illərdə də “qara-qırmızı” forma geyinib. İbrahimoviç cari mövsümdə klubun heyətində 24 oyunda 17 qol vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir