Türkiyəli futbol hakimi Tokio olimpiadasına təyinat alıb

Türkiyəli futbol hakimi Tokio olimpiadasına təyinat aldı

Abdulkadir Bitigen

FIFA Tokio-2020 Yay Olimpiya Oyunlarında futbol matçlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb.

“Report”un məlumatına görə, kişilər və qadınlar arasında keçiriləcək qarşılaşmalara ümumilikdə 99 ədalət təmsilçisi təyinat alıb.

  • Onların 25-i əsas referi, 50-si köməkçi, 20-si videoköməkçi (VAR), qalanları isə ehtiyat hakimlərdir.

Qitə futbol qurumu VAR hakimləri arasında türkiyəli Abdulkadir Bitigenə də etimad göstərib. Həmçinin siyahıda Avropadan qadın FIFA referiləri – fransalı Stefani Frappar və rusiyalı Yekaterina Kuroçkina da var.

İki gün öncə Tokio olimpiadasında futbol yarışlarının püşkü atılıb.

Qeyd edək ki, Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul – 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul – 8 avqusta təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir