Türkiyənin ən hündür dirəyində ən böyük Türk bayrağı dalğalanır – VİDEO

Qardaş ölkə Türkiyədə qeyd edilən 23 aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə İstanbulun Çamlıca təpəsində inşa edilən ən yüksək bayraq dirəyində dünyanın ən böyük Türk bayrağı dalğalanır.

Mərasim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən reallaşdırılan layihə çərçivəsində keçirilib.

Tədbirdə çıxış edən Türkiyə Prezidenti 100-cü ildönümünə yaxınlaşan respublikanı terrorla mübarizədən tutmuş iqtisadi tələlərə qədər bir çox çətinliklərə baxmayaraq, hər sahədə böyütmək və gücləndirməklə gələcək nəsillərə çatdırmaq uğrunda çalışdıqlarını bildirib.

İstanbulun hər bölgəsindən görünəcək 937,5 kvadratmetrlik bayraq 111 metr yüksəklikdə dalğalanır”.

2021-ci il yanvarın 31-də inşasına başlanılan bayraq dirəyinin ağırlığı təxminən 100 tondur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir