Həsən Pezük: “Bakı-Tiblisi-Qars vasitəsilə daşımalar 100 %-dən çox artıb”

Həsən Pezük: "Bakı-Tiblisi-Qars vasitəsi ilə daşımalar 100 %-dən çox artıb"

Bu ilin I rübündə Türkiyədən Avropaya dəmir yolu ilə daşımalar ötən ilin eyni dövrü ilə müqayisədə 26 % artıb”.

Xarici mətbuat xəbər veirr ki, bunu Türkiyə Cümhuriyyəti Dövlət Dəmiryollarının (TCDD Transportation) Baş direktoru Həsən Pezük deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası səbəbi ilə bir çox sektorda olduğu kimi nəqliyyat sektorunda da dəyişikliklər yaşanıb: “Pandemiyadan sonra bu dəyişikliklərin yaratdığı yeni reallıqda dəmiryolu, avtomobil və dəniz yolları vasitəsilə kombinə edilmiş yük daşımaları yeni qaydada daha çox əhəmiyyət kəsb edəcək. Yük maşını qutuları ilə daşımalar alternativ nəqliyyat imkanı kimi ön plana çıxacaq“.

Uzun məsafəli dəmiryolu daşımalarında yüksək əlavə dəyərli malların daşınmasının artdığını bildirən H.Pəzük: “Yük maşını qutuları ilə daşımalarındakı artımın, son 18 ildə dəmiryoluna qoyulan investisiyaların nəticəsidir. Dəmiryolu inkişaf etdikcə vaqon növlərinin çeşidləndirilməsi ilə daşınan yüklərin həcmində artım oldu.

Dəmiryolu ilə daşınmanın ekolojı, sərhəd qapılarında keçid və gömrük rahatlığı, səmərəli işçi heyəti, nəqliyyat vasitələrinin istifadəsi və həcm kimi üstünlükləri var. Avtomobil yollarındakı sıxlığı azaltmaqla yanaşı, daşınan malların hər hansısa transfer olmadan son mənzilə çatdırılır”.

“Türkiyənin dünya ilə rəqabətində ən mühüm faktor nəqliyyat sektorudur. Prezidentimizin liderliyində, Nəqliyyat və İnfrastruktur Nazirliyinin rəhbərliyi altında sektorumuzda hamımızı qürurlandıran ilklər var və beynəlxalq dəmiryolu daşımaları ilə ixracatçılarımıza ən böyük dəstək verilir. Ötən il TCDD Transportation olaraq İran istiqamətində daşımalarda 60 %, Bakı-Tiblisi-Qars və Orta Dəhliz vasitəsilə daşımalarda 100 %-dən çox və Avropaya daşımalarda isə 25 % artım qeydə alınıb”, – deyə o bildirib.

Cümhuriyyət tarixinin rekordlarının qırıldığı dəmiryolu nəqliyyatında artımların bu il də davam etdiyini vurğulayan H.Pezük: “Bu ilin I rübündə 26 % artıma nail olduq. Yük maşını qutuları ilə daşımalarda tələb olduğu təqdirdə, səyahət sayını artırarkən, bu daşımaları fərqli istiqamətlərdə də həyata keçirmək üçün səylərimizi davam etdiririk. Tekirdağ, Ömerli (İstanbul) və Marmaray Boğaz Boru Keçidi ilə Anadolu tərəfdən yük maşını gövdəsinin nəqlinə başlamağı planlaşdırırıq”.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmiryolu xətti Asiya və Avropanın dəmiryol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmiryolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmiryolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Mənbə: Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir