Türkiyədə son 24 saatın COVİD-19 tablosu

Son 24 saatda Türkiyədə aparılan 281.183 test müayinəsi nəticəsində 40 min 596 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 2905-i aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 339 nəfər vəfat edib. 52 min 297 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 3511 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 2,9%-dir.

Ölkədə indiyədək ümumilikdə 4 milyon 591 min 416 yoluxma, 38 min 011 insan itkisi və 4 milyon 022 min 408 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 45.623.978 COVID-19 test müayinəsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir