Zimbabvedə hərbi helikopter qəzaya uğrayıb – VİDEO

Zimbabvedə hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Zimbabvenin Şərq Maşonalend əyalətində yerləşən Arkturun kəndində hərbi helikopter qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə “NewsLine” bildirib.

Qəza nəticəsində dörd nəfər həlak olub.

Zimbabvenin Hərbi Hava Qüvvələrinin komandanı Elson Moyo hadisədən kədərləndiklərini bildirib.

Yayılan kadrlarda görünür ki, helikopter yerə düşən vaxt evi xarabalığa çevirib. Həlak olanlar arasında üç ekipaj üzvü və bir uşaq var.

Məlumata görə, Hərbi Hava Qüvvələri köhnəlmiş texnikadan dəfələrlə şikayət edib, ancaq ölkə Qərbin sanksiyalarına görə helikopter və təyyarələr ala bilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir