İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada baş verən yanğında həlak olanların sayı artıb.
“Report” xəbər verir ki, bu barədə yerli “Al Arabiya” telekanalı mənbəyə istinadən xəbər verir.
“İbn əl-Xətib” xəstəxanasında yanğında həyatını itirənlərin sayı 90 nəfərə çatıb“, – telekanal bildirib.
Daha əvvəl İraqın Daxili İşlər Nazirliyi bildirib ki, hadisə zamanı 82 nəfər həlak olub, 110 nəfər xəsarət alıb.
Xəstəxanada partlayışdan sonra yanğın başlayıb, bina tamamilə yanıb. Yanğının söndürülməsinə onlarla yanğınsöndürmə briqadası cəlb olunub.
Məlumata əsasən, xəstəxananın reanimasiya şöbəsində, ağciyəri zədələnmiş ağır xəstələri oksigenlə təchiz edən balonların olduğu anbarda partlayış olub.
***
13: 53
İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada baş verən yanğın zamanı həyatını itirənlərin sayı 82 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə yerli INA agentliyi İraqın Daxili İşlər Nazirliyinə istinadən bildirib.
Daha əvvəl ölkənin İnsan Hüquqları üzrə Ali Komissiyasının nümayəndəsi Əl əl-Bayati hadisə zamanı 58 nəfərin həlak olduğunu bildirib.
Xəstəxanada partlayışdan sonra yanğın başlayıb, bina tamamilə yanıb. Yanğının söndürülməsinə onlarla yanğınsöndürmə briqadası cəlb olunub.
Məlumata əsasən, İbn əl-Xətib xəstəxanasının reanimasiya şöbəsində, ağciyəri zədələnmiş ağır xəstələri oksigenlə təchiz edən balonların olduğu anbarda partlayış olub.
***
12:01
İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada baş verən yanğın zamanı həlak olanların sayı 55 nəfərə çata bilər.
“Report” xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı bildirib.
Daha əvvəl hadisə zamanı 28 nəfərin həlak olması və 50 nəfərin xəsarət alması haqqında bildirilib. İraqın İnsan hüquqları üzrə komissiyasının məlumatına görə, 45 nəfər faciədə həlak olub. Lakin xəbər respublikanın Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənməyib.
Xəstəxanada partlayışdan sonra yanğın başlayıb, bina tamamilə yanıb. Yanğının söndürülməsinə onlarla yanğınsöndürmə briqadası cəlb olunub.
Məlumata əsasən, İbn əl-Xətib xəstəxanasının reanimasiya şöbəsində, ağciyəri zədələnmiş ağır xəstələri oksigenlə təchiz edən balonların olduğu anbarda partlayış baş verib.