OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 541 yeni yoluxma faktı qeydə alınıb, 2 245 nəfər müalicə olunaraq sağalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 313 min 006 nəfər koronavirus infeksiyasına yoluxub. Yoluxanlardan 279 min 179 nəfər müalicə olunaraq sağalıb, 4 371 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 min 456 nəfərdir.
Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə son sutka ərzində 11 min 492, hazırkı dövrədək isə 3 milyon 189 min 536 test müayinəsi aparılıb.