COVİD-19: Türkiyədə gündəlik yoluxma sayında azalma təsbit edilib

Son 24 saatda Türkiyədə aparılan 260.280 test müayinəsi nəticəsində 38 min 553 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 2801-i aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 347 nəfər vəfat edib. 51 min 236 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 3590 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 2,9%-dir.

Ölkədə indiyədək ümumilikdə 4 milyon 629 min 969 yoluxma, 38 min 358 insan itkisi və 4 milyon 073  min 644 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 45.884.258 COVID-19 test müayinəsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir