“Mançester Siti” İngiltərə Liqa Kubokunun qalibidir

İngiltərə Liqa Kubokunun qalibi müəyyənləşib.

“Apasport”un məlumatına görə, “Mançester Siti” ilə “Tottenhem” “Uembli” stadionunda final matçına çıxıb.

Həlledici qarşılaşmanın taleyini 1 qol həll edib.

  • Aymerik Laportenin 82-ci dəqiqədə vurduğu yeganə top “şəhərlilər”i qələbəyə daşıyıb.
  • Bununla “Mançester Siti” ardıcıl 4-cü, ümumilikdə isə 8-ci dəfə Liqa Kubokunu muzeyinə aparıb.

“Tottenhem” isə 9-cu dəfə çıxış etdiyi final görüşündə 5-ci yenilgisini alıb.

Qeyd edək ki, Çempionlar Liqasında yoluna davam edən “Mançester Siti” Premyer Liqada da çempionluğa çox yaxındır.

İngiltərə Liqa Kuboku
Final
“Mançester Siti” – “Tottenhem” – 1:0
Laporte, 82

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir