“Zirə”-“Sumqayıt” oyunu heç-heçə yekunlaşıb

"Zirə" - "Sumqayıt" oyunu heç-heçə yekunlaşdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.

“Report”un məlumatına görə, günün sonuncu oyununda 3-4-cü pillələrdə qərarlaşan “Zirə” və “Sumqayıt” komandaları üz-üzə gəlib.

Zirə İdman Kompleksinin stadionundakı matç qolsuz yekunlaşıb. Komandalar bu nəticədən sonra xallarının sayını 33-ə çatdırıb.

Qeyd edək ki, günün ilk oyunlarında “Qarabağ” səfərdə “Qəbələ”ni 5:0, “Keşlə” isə evdə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir