Aİ koronavirusla mübarizədə Hindistana kömək edəcək

Aİ koronavirusla mübarizədə Hindistana kömək edəcək

Avropa İttifaqı (Aİ) koronavirusa yoluxmaların kəskin artdığı Hindistana yardım göndərmək üçün mülki müdafiə mexanizmini işə salıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Brüsseldə keçirilmiş brifinqdə elan edib.

“Hindistan tibbi oksigen və remdesivir kimi dərmanları xahiş edib”, – nümayəndə bildirib.

Avropa Komissiyası nümayəndəsinin sözlərinə görə, İrlandiya artıq 700 oksigen konsentratorunu təklif edib, Fransa və Almaniya da kömək etmək niyyətində olduqlarını bildirib.

Dünya üzrə koronavirusa yoluxmaların sayına görə ikinci yerdə olan Hindistanın Baş naziri Narendra Modi bir qədər öncə yeni koronavirus dalğasının “ölkəni qasırğa kimi vurduğunu” deyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir