Rusiyanın avtomobil şirkəti “AvtoVAZ” mayın 1-dən etibarən istehsal olunan modellərin zavoddan satış qiymətlərini bir daha yüksəldəcək. Hansı modelin konkret olaraq nə qədər bahalaşacağı açıqlanmasa da, rəsmi dilerlərin məlumatına görə, onlara qiymətlərin 2-5 faiz intervalında qaldırılacağı bildirilb. Bu, modeldən və avtomobilin komplektasiyasından asılı olacaq.
Məsələn, “Vesta SW Cross” modeli 25 min rubl (təxminən 600 manat) daha baha satılacaq.
Qeyd edək ki, cari ilin 4 ayı ərzində “AvtoVaz” 3-cü dəfədir ki “Lada”ların qiymətini hər dəfə 2-5 faiz olmaqla qaldırır.
Beləliklə, cəmi 4 ayda “Lada”ların ilkin zavod qiymətləri 6-13 faiz artırılıb.
“AvtoVaz” qiymətləri hansı zərurətdən və səbəbdən qaldırdığına izahat verməyib.
Mənbə: motor.ru