Gələn mövsüm İspaniya Çempionlar İiqasında 5 komanda ilə təmsil oluna bilər

İspaniya çempionatının 32-ci turunun nəticələrinə görə Çempionlar Liqasının bütün iştirakçıları məlum olub. Bunlar  Atletiko Madrid (73 xal, 32 matç), Real Madrid (71/33), Barselona  (71/32) və Sevilya (70/33) komandalarıdır.  

Bu dördlük digər komandaları ən az 20 xal qabaqlayır. Bu səbəbdən, çempionat sona çatmasa da, gələn sezon Avropa Çempinlar Liqasında  İspaniyanı onlar təmsil edəcək.

Onu da qeyd edək ki, “Villarreal” Avropa Liqasını qazansa, gələn mövsüm bu komanda da İspaniyanı Çempionlar Liqasında təmsil edə bilər.

Xatırladaq ki, İspaniya klubu yarımfinalda “Arsenal” la qarşılaşacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir