Neft cüzi ucuzlaşdırıb

Koronavirusa yoluxmaların artması nefti cüzi ucuzlaşdırıb

Koronavirusa yoluxmaların artımı fonunda neft tələbatının bərpasına dair yaranmış şübhələr dünya bazarında bu gün səhər saatlarında neftin qiymətinin cüzi ucuşlaşmasına səbəb olub.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:33-də Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçerləri 0,34%, iyun fyuçerləri isə 0,39% ucuzlaşaraq bir bareli müvafiq olaraq 65,2 və 65,85 ABŞ dollarına satılıb.

Bu arada WTI neftinin iyun fyuçerlərinin dəyəri 0,26% azalaraq 61,98 dollar təşkil edib.

Koronavirusla bağlı vəziyyət neftin qiymətinə təsir göstərməyə davam edir. Hindistan və Yaponiya kimi ölkələrdə yoluxmaların sayı artmaqdadır. Bu isə yeni karantin qadağaları səbəbi ilə neft tələbatının bərpasına təhdidlər yaradır.

Xatırladaq ki, aprelin 28-də “OPEC+” iclası keçiriləcək. Rusiya Baş nazirinin müavini Aleksandr Novak bu barədə jurnalistlərə açıqlamasında bildirib ki, iclasda əsasən neft bazarındakı vəziyyəti təhlil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir