Türkiyədə son 24 saatın COVİD-19 tablosu

Son 24 saatda Türkiyədə aparılan 268.893 test müayinəsi nəticəsində 37 min 312 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 2716-sı aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 353 nəfər vəfat edib. 48 min 027 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 3563 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 2,4%-dir.

Ölkədə indiyədək ümumilikdə 4 milyon 667 min 281 yoluxma, 38 min 711 insan itkisi və 4 milyon 121 min 671 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 46.153.151 COVID-19 test müayinəsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir