Bu gün MSK-nın iclası keçiriləcək, komissiya yenidən qurulacaq

Bu gün MSK-nın iclası keçiriləcək, sədr məlum olacaq - EKSKLÜZİV

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçiriləcək.

“Report”un əldə etdiyi məlumata görə, iclasda təşkilati məsələlərə baxılacaq.

Həmçinin MSK üzvləri komissiyanın sədrini seçəcəklər.

Mənbənin  məlumatına görə, sədr vəzifəsinə Məzahir Pənahovun namizədliyinin irəli sürüləcəyi gözlənilir.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Yeni tərkib Milli Məclisin  plenar iclasında təsdiqlənəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir