Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, tərəflər bölgədə hazırda mövcud olan vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətini müzakirə ediblər.
Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.