COVİD-19: Türkiyədə son epidemioloji tablo

Son 24 saatda Türkiyədə aparılan 282.192 test müayinəsi nəticəsində 43 min 301 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 2703-ü aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 346 nəfər vəfat edib. 45 min 592 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 3549 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 2,4%-dir.

Ölkədə indiyədək ümumilikdə 4 milyon 710 min 582 yoluxma, 39 min 057 insan itkisi və 4 milyon 167 min 263 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 46.435.343 COVID-19 test müayinəsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir