Gürcüstan parlamentinə yeni sədr seçilib

Bu gün Gürcüstan parlamentinin iclasında təşkilati məsələyə baxılıb.

Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasının Siyasi Şurasının üzvü, deputat Kaxa Kuçava Gürcüstan parlamentinin yeni sədri seçilib.

Qanunverici orqanın plenar iclasında onun namizədliyini 86 deputat dəstəkləyib, 6 deputat isə əleyhinə səs verib.

Qeyd edək ki, parlamentin keçmiş sədri Arçil Talakvadze aprelin 24-də istefa verib.

K.Kuçava 2016-cı ildən parlamentdə təmsil olunur. O, ötən ilin dekabrında parlamentin vitse-spikeri vəzifəsini tutub.

Mənbə: AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir