ABŞ hərbi gəmisi körfəzdə İranın sürət qayıqlarına xəbərdarlıq atəşi açıb

İllüstrasiya

Amerikanın İran körfəzindəki “USS Firebolt” hərbi gəmisi aprelin 26-da körfəz sularında provakativ addım ataraq ona yaxınlaşan “Sepah” terror təşkilatının sürət qayıqlarına qarşı xəbərdarlıq atəşi açıb”

Bu barədə  ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının sözçüsü Rebeka Ribarç (Rebecca Ribarch) mediaya açıqlamasında məlumat verib.

O deyib ki, qeyri-peşəkar davranan “Sepah”ın üç sürət qayığı onlara edilən bütün xəbərdarlıqlara baxmayaraq körfəz sularında üzən ABŞ-ın “USS Firebolt” gəmisinə yaxınlaşıblar.

“Sepah” qayıqlarının təxribat hərəkətini görən Amerika dəniz  qüvvələri onlarla əlaqə yaradaraq hər hansı bir xoşagəlməz insident və təhlükənin baş verməsi ehtimalını minimuma endirmək üçün lazımı tədbirləri yerinə yetirdilər. Lakin “Sepah” qayıqları bütün xəbərdarlıqlara məhəl qoymayaraq Amerika gəmisinin təxminən 62 metrliyinə qədər yaxınlaşdılar. Nəticədə  “USS Firebolt” gəmisi onlara xəbərdarlıq atəşi açmaq məcburiyyətində qalıb.

Məhz xəbərdarlıq atəşi edildikdən sonra “Sepah” qayıqları məsafəni qoruyaraq geri çəkilməyə və ABŞ gəmisindən uzaqlaşmağa başladılar”

deyə ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən 5-ci donanmasının sözçüsü Rebeka Ribarç bildirib.

Qeyd edək ki, “Sepah”ın körfəzdəki sürət qayıqları bundan əvvəl də bir neçə dəfə  Amerikanın hərbi gəmilərinə yaxınlaşmağa çalışıb və hər dəfə xəbərdarlıq atəşindən sonra istiqamətlərini dəyişərək  uzaqlaşıblar.

 

Mənbə: GünazTv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir