Fars körfəzi: ABŞ gəmisi İran gəmilərinə xəbərdarlıq atəşi açıb

ABŞ gəmisi Fars körfəzində İran gəmilərinə xəbərdarlıq atəşləri açıb

Fars körfəzində ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid olduğu ehtimal edilən üç gəmiyə bir neçə xəbərdarlıq atəşi açıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə 3 gəminin ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin gəmisinə yaxınlaşmasından sonra baş verib.

ABŞ ekipajları radio və səsucaldanlar vasitəsilə bir neçə dəfə xəbərdarlıq edib, amma SEPAH gəmiləri yaxın məsafədə manevrlərə davam edib. Sonra “Firebolt”un ekipajı xəbərdarlıq atəşləri açıb“, – xəbərdə deyilir.

Qeyd edilir ki, bundan sonra SEPAH-ın gəmiləri ABŞ-ın gəmilərindən təhlükəsiz məsafəyə çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir