Gürcüstandan ən çox Azərbaycana avtomobil ixrac olunub

Bu ilin I rübündə Gürcüstandan 86 milyon 573 min ABŞ dolları dəyərində minik avtomobili təkrar ixrac olunub.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsi hesabat hazırlayıb.

Hesabat dövründə avtomobillər Gürcüstanın ikinci əsas ixrac məhsulu olub. İllik müqayisədə ixracın həcmi 35,1% azalıb.

Yanvar-mart aylarında Azərbaycan qonşu ölkədən avtomobil idxal edən ölkələrin ilk beşliyində I yerdədir.  Gürcüstandan alınan nəqliyyat vasitələrinin sayı 7 min 193 ədəd, ümumi dəyəri isə 47 milyon 823 min ABŞ dolları olub. Faktiki olaraq, Gürcüstandan ixrac olunan avtomobilərin (dəyər üzrə) təxminən 55 faizi Azərbaycana gətirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə  say 790 ədəd və yaxud 9,9% azalıb.

İlk beşliyə Azərbaycandan sonra Ukrayna (20,222 milyon dollar), Rusiya (3,542 milyon dollar), Belçika (2,514 milyon dollar) və BƏƏ (1,971 milyon dollar) daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir