Süleyman Soylu
PKK-nın Türkiyənin İstanbul şəhərində planlaşdırdığı terror aktının qarşısı alınıb.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib.
O qeyd edib ki, PKK terrorçularının avtomobilin altına yerləşdirdikləri 5 kiloqramlıq partlayıcı vasitə ələ keçirilib, bununla yanaşı, 2 nəfər saxlanılıb.
Bu gün İstanbul polisi çox ciddi bir qətliamın qarşısını aldı. Polisimizin avtovağzalda ayıq-sayıqlığı və kəşfiyyatımız 5 kiloqramlıq partlayıcını aşkar etdi. Onu yerləşdirənləri də tutdular. İki nəfər həbsdədir”
, – Türkiyənin daxili işlər naziri deyib.