Ağsuya yeni icra başçısı təyin edilib

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Rövşən Elmidar oğlu Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Rövşən Bağırov Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, R.Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olub. O, 2007-ci ildən Lerik Rayon İcra Hakimiyyətinin başçısı idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir