Azərbaycan və Portuqaliya XİN arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Portuqaliya XİN arasında siyasi məsləhətləşmələr keçirildi

29 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası və Portuqaliya Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin 2-ci raundu idarə rəisləri səviyyəsində videokonfrans formatında keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məsləhətləşmələr zamanı Azərbaycan və Portuqaliya arasında ikitərəfli əlaqələr nəzərdən keçirildi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, təhlükəsizlik, regional və digər maraq kəsb edən məsələlər müzakirə olundu. Portuqaliyanın Avropa İttifaqı Şurasına hazırkı sədrliyini nəzərə alaraq Azərbaycanın Aİ ilə əməkdaşlığı məsələləri üzrə fikir mübadiləsi də aparılıb.

Müzakirələr zamanı yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin, eləcə də parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra, siyasi məsləhətləşmələrin növbəti raundunun əyani şəkildə keçirilməsini razılaşdırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir