Co Bayden ABŞ-ın yenidən ayaq üstə olduğunu bildirib

Co Bayden ABŞ-ın yenidən ayaq üstdə olduğunu bildirib

Cozef Bayden

ABŞ Prezidenti Co Bayden Konqresə birinci müraciətində bildirib ki, Amerika yenidən ayağa qalxır.

“Report” xəbər verir ki, Baydenin nitqinin mətnini Ağ Ev yayıb.

“Mən böhranın bürüdüyü ölkəni miras aldım. Əsrin ən dəhşətli pandemiyası, “Böyük depressiya” vaxtlarından ən ağır iqtisadi böhran, Vətəndaş müharibəsi vaxtlarından demokratiyamıza ən qızğın hücum. İndi yüz gündən (prezidentliyin 100 günü-red) sonra məlumat verə bilərəm ki, Amerika yenidən ayaq üstədir”, – prezident bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir